Friday, June 12, 2015

Supangle və tort

Deməli, bütün günü tort istəmişəm, amma... amması yoxdur. Mağaza tortlarını yemirəm, çünki həm çox dadsızdırlar həm də çox zərərlidirlər. Ona görə 'last minute cake' hazırladım və sizə bu dadlı və asan resepti təqdim edirəm.

İlk öncə supangle (ingiliscə: pudding) hazırlamaq lazımdır.

Supangle ləvazimtları:

  • 3 1/2 stəkan süd
  • 7/8 stəkan şəkər tozu
  • 3/4 stəkan un
  • 1/2 stəkan kakao tozu
  • 1/3 stəkan əridilmiş yağ
  • 3/4 stəkan tünd şokolad
Südü, şəkər tozunu, unu və kakonu bir qazanda qarışıdırın qazın üstündə. Hardasa 6-7 dəqiqə qarışdırandan sonra məhlulunuz qatılaşacaq. Bu an əridilmiş yağı və tünd şokoladı qatın məhlulunuza, yaxşıca qarışdırın. Hardasa 3 dəqiqə qarışdırdıqdan sonra, qazanı qazın üstündən götürün və supanglenizi keramik qab(lar)a tokün.

Bu an iki seçiminiz var: supangleni elə-belə yemək, və ya torta çevirmək.

Torta çevirmək qərarına gəlsəniz, onda peçenyelər götürün və qaba düzün. Mən 'cici bebe' peçenyelərindən istifadə etdim, amma billə peçenyelər də yaxşı variantdır. 1 qat qaba düzəndən sonra, peçenyeləri üstünə biraz (çox az) süd səpələyin əlinizlə ki, tam quru olmasın. Birinci peçenye layınızın üstünə supangledən tökün istədiyiniz qalınlıqda və yayışdırın. Onun üstünə 1 lay da peçenye düzün və əvvəlki qaydada süd və supangle mərhələlərini təkrarlayın. Mən öz tortumu 4 lay peçenyedən düzəltdim. Siz də ürəyinizə yatan sayda lay düzəldin. Axırıncı qat supanglenizi vurandan sonra, tortunuzun üstünü meyvələrlə, püstə ilə, qoz-fındıq ilə bəzəyə bilərsiniz.

Tortunuz tam hazır olandan sonra sərin yerə/soyuducuya qoyun minimum 1 saatlıq, həm peçenyelər şokoladı canına hopsun həm də tort halına düşsün.



No comments:

Post a Comment