Friday, November 8, 2013

Sometimes, you have to fight a battle more than once to win it!

Ok. Deməli belə. Çox dəxlisiz başlıq altında çox dəxlisiz post təqdim edirəm sizlərə. Nyukastldan ilk blog postumdu, bu arada. Və bunu Belgian Chocolate Cheescake yeyərək yazıram. Bəli, boğazımda qalsın zad. Sizin təkrarlamağınıza da ehtiyac duyulmayır. Adətən bloga ürəyim daralanda yazıram. Elə bu da təxminən o məqsədlədi. Bu aralar çox homesick olmuşam. Allaha şükür bütün işlərim qaydasındadı, istədiyim hər şeyi əldə edirəm vaxtında, hətta istədiyim hər şeyi eləməyə də vaxtım çatır. Amma boşluq var kimi gəlir mənə. Bilmirəm xingəl eşqinə düşmüşəm deyədi yoxsa motivasiyanı velcroma cəlb edə bilmirəm deyədi, ya da ümumiyyətlə hər nədi heç özüm də çözə bilmirəm. Yəni belə duzsuz məzəsiz bir əhvalat.
Bura gələcəyim bəlli olandan çox adam mənə müraciət edib ki, “Here to There” videosunun ikinci hissəsini çəkdirim. Açığı, fikrim var. Amma niyə çəkdirim deyə özümü çox sorğulamışam (elə bil cənnət və cəhənnəmə düşəcəyimi müəyyənləşdirməyə çalışıram ya nəsə). Eniveyz. Sözüm ondadır ki, mən bura gələcəyimi bilmirdim. Heç universitetə qəbul olmaq ağlımın ucundan belə keçmirdi. Yəni, mən universitetlərdən kəsiləcəyimi və axıra qədər azərbaycanda qalacağımı güman edirdim ta bir miracle baş verənə qədər. Hərçənd miracle-lara inanmayıram, hər şeyin baş vermə səbəbi var. Belə də ki, can sağlığı xoşbaxlıx.
Nəysə ki, yanvarın 12si 2013-cü il, soyuq bir qış günündə, boş bekarcasına oturub Maliyyə fənnindən imtahana hazırlaşarkən beynimə doldu ki, ingiltərə univeristetlərinə sənəd verim. Ondan bir neçə ay əvvəl isə o müqəddəs IELTS imtahanına görə qeydiyyatdan keçib bəxtimi sınamaq qərarına gəlmişdim. O qeydiyyat elə qeydiyyatda qaldı, huuşsuzluğumdan imtahan verəcəyim ancaq emailə vaxt və yerin haqqında bildiriş gələndə ağlıma gəldi. O vaxtı sözün həqiqi mənasında daha məsuliyyətli şəxs idim. Özümə şəxs deyə müraciət edirəm, bax belə əccəb eləyirəm. Long story short, bu prosedurların hamısını vaxt keçsin deyə eləmişəm. Yoxsa işim gücüm tökülməmişdi mənim. Yəni nə IELTS imtahanına hazırlaşmışam, nə universitetə sənəd verəndə işlərimə ciddi yanaşmışam, nə də scholarship axtaranda çox ümid bəsləmişəm. Özümçün həyatımı yaşıyırdım, “ip harda qırılar, qırılar da ala” deyib günlərimi yola verirdim. Düzdür, bu qədər iş-üşdən keçməyimə baxmayaraq, bütün əziyyəti təkbaşına çəkməyimə baxmayaraq (bəli, bəzi 2-3 nəfərin mozqisin çürütmüşdüm, anam atam başda olmaqla!) camaatın deməyəcəyim boyda qismi hələ də o qırışları ütülənib açılmış beyinləri ilə “Turanənin bəxti gətirib də, bu il seçki ili olduğuna görə UNİVERSİTETƏ qəbul olub” düşünməyə davam edir. İngiltərənin gözləri aydın ki, bu il seçki ili olub. Sora?? Söhbət lap dövlətin ayırdığı təqaüd ətrafında fırlansın, hər halda 700-800 nəfər seçki ilinə görə seçilməyib. Və hər halda 15 dəqiqəlik əzablı intervyunun aftermath-ini siz çəkməmisiz. Odur ki, mühakimələrinizi özünüzə saxlayın zəhmət olsa da olmasa da. Belə. Nəysə, bu prosedurların qalanı növbəti lomkaçılıqdan törəyən blog postuma qalsın.
Sözümün canı ondadır ki, xingəl istəyirəm.
Sizin Turanə :)