Friday, November 28, 2014

Şokoladlı sufle

Şokolad xəstələri üçün çox asan və dadlı bir resept - sufle!

Məmulatlar:
3 xörək qaşığı duzsuz yağ
2 xörək qaşığı kakao
100 q. tünd şokolad
1/2 çay qaşığı vanil tozu
2 yumurta sarısı
2 yumurta ağı
2 xörək qaşığı şəkər tozu
1 çimdik duz
1/2 çay qaşığı soda

1 standart kasa boyda keramik qab

Hazırlanma qaydası:

  • keramik qabı yağlayın, kakao səpin qaba
  • şokoladı və yağı bir qabda əridin və qarışdırın (qabı birbaşa qazın üstünə yox, qaynar suyun üzərinə qoyub əritsəniz, o halda şokolad yanmaz və daha rahat olar qarışdırmaq)
  • vanil və yumurta sarılarını qatın, qarışdırın
bu arada sobanı yandırın ki, isinsin.
  • ayrı bir qabda yumurta ağlarını və şəkər tozunu qarışdırın; soda və duzu əlavə edin
  • 2-ci qabdakı qarışığı şokolada qatın və yaxşı-yaxşı qarışdırın.
Nəhayət, unsuz düzəltdiyiniz xəmirinizi keramik qaba töküb isitdiyiniz sobaya qoyun. Bişməyi, hardasa, 25-30 dəqiqə çəkir.