Tuesday, November 27, 2012

Bakısayağı CCC :)

Çoxdandı nəzərimdə tutduğum işi nəhayət yerinə yetirdim! Və hətta ikinci dəfə :) Amerikanın yeganə iki milli şirniyyatından biri olan “Chocolate Chip Cookies” bişirdim. Mmm tasty!
Resept:
2 1/4 stəkan un
1/2 çay qaşığı soda
1/2 stəkan əridilmiş və ya yumşaldılmış kərə yağ (və ya marqarin)

1/2 stəkan ağ şəkər tozu

1/4 stəkan qəhvəyi şəkər tozu (Brown Sugar – bir çox supermarketlərdə satılır; əvəzləyici kimi ağ şəkər tozunu 1 xörək qaşığı doşab ilə qarışdırmaq olar)

1 çay qaşığı vanil

1 dənə (böyük) yumurta
1 stəkan şokolad qırıntıları (daha çox da ola bilər)
1 stəkan qoz qırıntıları (zövqə görə, mütləq deyil)



Peçenyenin hazırlanma prosesi:
Əvvəlcə orta ölçülü qabda un, soda və duzu qarışdırın. Nisbətən böyük ölçülü qabda ağ və qəhvəyi şəkər tozunu, vanili və yağı çalın. Təxminən 3-4 dəqiqə bunu intensiv qarışdırandan sonra yumurtanı əlavə edin. Yaxşıca qarışdırın. Bu hamar olduqdan sonra hissə-hissə unu töküb qarışdırmağa başlayın. Və artıq xəmiriniz də hazır olmağa başlayır. Öz gözünüzün qarşısında :D Unun hamısını töküb qurtarandan sonra, istəsəniz qoz qırıntılarını qata da bilərsiz, istəməsəniz məcbur deyil :) Amma şokolad hissəciklərini qatmaq mütləqdir! Şokoladı da xəmirə qatdıqdan sonra, artıq peçenyeləri istədiyiniz ölçülərdə bişirməyə başlaya bilərsiniz. Amerikada peçenyenin yanma riskinin qarşısını almaq üçün tavanın üzərinə “wax paper” qoyub pecenyeləri onun üzərində bişirərdilər. Azərbaycanda həmin məhsuldan (hələ də!) olmadığına görə adi falqanı tavanı üzərinə örtərək, yaxud da falqasız, sadə tavanın üzərinə peçenye xəmirini qoyaraq bişirmək mümkündür. Hər partiya peçenyeni duxovkada 6-10 dəqiqə saxlayın, peçenyenin ölçüsündən asılı olaraq.

Diqqət: peçenyeləri duxovkadan çıxaranda üstləri çox yumşaq olur, elə biləcəksiniz çiydir. Amma duxovakadan çıxaranda 2-3 dəqiqə kənara qoysanız, görəcəksiniz ki, biraz bərkiyib tam peçenye halına gəlib. Duxovkada çox saxlasanız, peçenyələriniz quruyub daş kimi olacaq, diqqət edin timer'a :) 
Sualnız olsa, buyurun yazın!
Bon appétit! :)

Tuesday, August 28, 2012

Zamanın Oxu

“Fotoaparat sahibi olmaq insanı fotoqraf etmir…” ©
Argentinalı fotojurnalist - Diego Goldberg ailə həyatı qurduğu gündən bu günə kimi hər il eyni gündə (17 iyunda) ailə üzvlərinin şəklini çəkib ailə portretlərindən ibarət foto xronologiyası yaradıb. “The Arrow of Time” (Zamanın Oxu) adlandırılan bu “layihəsi” artıq Goldberg ailəsində adət halını alıb. Diego və Susy Goldbergin oğullarından ikisi-Nicolás və Matías da atalarının addımını ataraq ailə qurduqlarından bu tərəfə xronologiyanı davam etdirirlər. Bu şəkillər heç bir xüsusi formaya, teksturaya, effektə və sair xüsusiyyətlərə malik deyil. Sadə üslubda çəkilmiş tünd rəngli arxa fona, təbii işıqlandırılmaya malik fotolardan ibarətdir Goldberg ailəsinin foto xronologiyası. Əvvəllər şəkilləri analoq fotoaparatla çəksə də, sonrakı illərdə fotojurnalist Nikon rəqəmsal fotoqrafı ilə ailə şəkillərini tarixçəsinə salmağa başladı. Diego Goldbergin bu ideyasında əksər insanların böyük qorxusu hesab edilən yaşlanma əks olunub. O, keçən zamanı büruzə verir bu şəkillərdə.




































Daha ətaflı məlumatı burdan ala bilərsiniz.
Diqqətinizə görə təşəkkür.