Monday, June 1, 2015

Ən sadə alma piroqu!

Xəmiri:
  • 1 stəkan əridilmiş yağ
  • 1/4 stəkan şəkər tozu
  • 2 yumurta
  • 2 stəkan (və bir az da artıq) un
Filling (azərbaycanca qarşılığını tapa bilmədim):
  • 5-6 orta ölçüdə alma
  • 3/4 stəkan şəkər tozu
  • 1/2 çay qaşığı darçın
  • 3 xörək qaşığı un
Hazırlanması:

Orta ölçülü qabda əridilmiş yağı, şəkər tozunu, 1 bütöv yumurta və 1 yumurta sarısını yaxşıca qarışdırın; daha sonra unu hissə-hissə töküb xəmir əmələ gələnə kimi qarışdırın. Kənara qoyun, 30-45 dəqiqə qalsın.

Bu müddət ərzində almaları soyun və doğrayın balaca hissələrə. Bir qabın içində şəkər tozunu, darçını, unu qarışdırın; almaları əlavə edin və yenə qarışdırın.

Xəmirinizi bir kiçik və bir böyük hissələrə bölüb, böyük hissəni orta/böyük ölçülü tavanın içində yayışdırın. Almaları tökün üstünə; kiçik xəmir parçasını almaların üzərindən yayın; artıq qalan yumurta ağı ilə həmin üst xəmiri qlazurlayın; üstünə 2-3 yerdən kəsik qoyun; və sobada 30-45 dəqiqə bişməyə qoyun.







No comments:

Post a Comment