Saturday, June 21, 2014

Narxoz böyük məktəbdi..!

Narxozda ikinci kursun yay sessiyasında (13 iyun 2012) imtahanların birinə biraz tez gəlmişdim universitetdə bir işim olduğuna görə. Biraz gözləməli olmuşdum, yaxınlıqda iki oğlan durmuşdu, gəlib gedən hər kəsə repliklər atırdılar, uzaqdan gördüklərini də öz aralarında analiz etməyə çalışırdılar. Birdən oğlanların biri barmağın uzaqdan gələn bir qıza uzadıb dedi ki, o tərbiyəsiz qızdı. Yanındakı soruşdu ki, niyə? O biri dedi ki, çünki həmişə hər kəsin üzünə gülümsəyir.
Belə. Yəni ki, dəxli yoxdu özünü necə aparırsan, hər kəsi qane edə bilmərsən ətrafında. Bəzilərinə gülümsəməyin sənə tərbiyəsiz adı qazandırar, bir başqası üçün sənin gülüşün onun enerji mənbəyi ola bilər. Birisi üçün sənin soyuq xarakterin lovğalıq ola bilər, digəri üçün ağır adam (“çişi-mişi”) sayıla bilərsən. Kiminləsə səbəbli yerə ünsiyyətdən qaçmağın kobudluq görünə bilər amma hər kəs problemi özündə axtaracaq dərrakəyə malik deyil təəssüf ki. Və ən böyük təəssüf də ondadır ki, məhz bu cəmiyyət insanı yalnız 2 yolla tanımağa üstünlük verir:
1) başqalarının dediklərinə inanmaqla
2) ünsiyyətsiz, kənardan “müşahidə aparmaqla”
Koroçe, sözüm ondadır ki, Narxoz böyük həyati məktəbdi..