Saturday, December 20, 2014

Dahi Azərbaycan nəzəriyyələri

Normal Azərbaycan cəmiyyətinin irəli sürdüyü, beynəlxalq dərəcədə təsdiqlənib sertifikatlanmış nəzəriyyələrdən bəzilərini sizə təqdim edirəm. Əgər sizin də əlavələriniz olsa, buyurub şərh bölməsinə qeyd edə bilərsiniz. Bon appetite, amigos!

  1.  Əgər sən 12 illik “podruqanla” 3 gündür ki, sosial şəbəkələrə selfie qoymursansa, deməli sizin aranız dəyib, soyuq müharibə baş verib, siz artıq düşmənsiniz. Yox, ğardaş, həyat böylə möylə funksiya göstərmiyor, insanların bütün günü “takılmaktan” savayı öz şəxsi işləri də olur :)
  2. Əgər hər hansısa bir kurs ucuzdursa, deməli keyfiyyət yoxdur. Yox, əgər, həmin kurs bir başqa yerdə bahadırsa, bu artıq bahadır, başqa izahı yoxdur. Qadam, ataş, manıs, bir dərs get, sonra bax gör xoşuna gəlir ya yox?!
  3. Əgər sən TQDK imtahanından 637 bal toplamısansa, onda ən xeyirsiz ixtisas olsa belə, birinci ən yüksək ballı ixtisası yazmalısan ixtisas seçimində. Dəxli yoxdu, sən coğrafiya müəllimi olmaq istəyirsən ya elektromühəndis, əgər sənin balın uzaylılığa çatırsa, deməli sənin qismətində uzayçılıq oxumaq varmış; ondan aşağı bal tələb edən ixtisasları ağlının ucundan belə keçirtmə, ok? Yoxsa nəslin-kökün adına ləkə gətirmiş olacaqsan.
  4. Əgər qatıq ağdırsa, deməli ya yaşıldır, ya bənövşəyidir, ya da qara. Başqa seçimləriniz yoxdur.
  5. Əgər sən itlərdən, pişiklərdən, soxulcanlardan qorxursansa, deməli sən homofobsan. Yox, əgər sən soğan, çuğundur, kələm yemirsənsə, deməli sən yenə də homofobsan. İnsan övladı, başa düşdük də, homofob sözünü təzə öyrənmisən.
  6. İngiltərə təkcə Londondan, Amerika təkcə Nyu York və Vaşinqton DiSidən, Avstraliya təkcə Sidneydən, İsveç təkcə Stokholmdan, Rusiya təkcə Moskvadan, Macarıstan təkcə Budapeştdən, İtaliya təkcə Romadan, Yaponiya təkcə Tokyodan ibarətdir. Hə qaqa, başqa şəhər, kənd, irayon, vilayət yoxdur oralarda :)
  7. Çinin paytaxtı Kitaydır (!!!) .
  8. Qızın 22 yaşı varsa və hələ də təhsil alırsa/işləyirsə/özünə karyera qurursa, evdə qalıb, alan olmayajax onu. Bıy başınıza xeyir. 
  9. Axşam süfrəyə ət yeməyi gətirilmədisə, yeməyin 50%-i yağdan ibarət deyilsə, ailə büdcəsində ciddi problemlər yaranmağa başlayıb, deməli.
  10. Evdə əzbərlədiyin o 1 bənd rus dili mətnini ictimaiyyətdə addım başı işlədə bilirsənsə, sən rus dilinin anasısan, atasısan, əmisisən, sən bomba qaqaş/bacısan belə də ki! Gör sən hələ ingilis dilində "Ok bye!" deyəndə ətrafındakılar sənə necə dahi biri kimi baxır ingilis dilini sökə bildiyinə görə. Hələ hələ türk dilini demirəm, özünüz artıq təsəvvür edin necə güclü rəğbət qazandığınızı. Ulala. Amma nə badə Azərbaycan dilində kəlimə də gətirəsiniz dilinizə!
Təbii ki, bunların hamısını zarafata yazmışam (içində müəyyən qədər həqiqət olsa da). Ümidvaram heç kim ürəyinə yaxın alıb nervlərini oyandırmaz. Hər bir cəmiyyətin qüsurları da var, özəllikləri də.

Məsələn, Böyük Britaniyada xaricilərə çox çətinliklə iş verilir, hətta sənin 10 il iş təcrübən olsa belə, səndən tələb edəcəklər ki, 3-4 ay (çox da ola bilər, nisbətən az da ola bilər) onlara pulsuz işləyəsən (və anlayacağınız qədər, pulsuz iş üçün viza verilmir - mədəni yolla "qırıl" deyirlər, anlayın lan); istənilən cəhətdən diskriminasiya yüksəkdir (bilmirəm mən cəmiyyətə çox diqqət edirəm deyə görürəm bunları ya öz təcrübəmə də toqquşan nüanslar olub); konservativ olduqlarına görə adətən sosiallaşmanı digər xaricilərlə kompensasiya etməli olursan.

Məsələn, ABŞ-ın hər ştatında düşük qanunlar var - Alabamada bazar günləri domino oynamaq qeyri-qanunidir; bir vaxtlar Oklahoma ştatında döymə elətdirmək insanı türməyə düçar edərdi; rəsmi sertifikatın yoxdursa, Vayominq ştatında yanvardan ta aprelə qədər (aprel daxil olmaqla) dovşan şəkli çəkə bilmərsən.

Məsələn, Səudiyyə Ərəbistanda qadınların maşın sürməsi və siyasi seçkilərdə iştirak etməsi qeyri-qanunidir (hərçənd, 2015-ci ildə qanuniləşdirmə söhbətləri gedir).

Məsələn, Hindistanda əgər kişinin maddi borcu varsa, borcu bitənə kimi öz həyat yoldaşını kirayə vermək hüququna malikdir :)

Və sair və ilaxır.

Belə.

-Türaynə :)

No comments:

Post a Comment