İlk öncə supangle (ingiliscə: pudding) hazırlamaq lazımdır.
Supangle ləvazimtları:
- 3 1/2 stəkan süd
- 7/8 stəkan şəkər tozu
- 3/4 stəkan un
- 1/2 stəkan kakao tozu
- 1/3 stəkan əridilmiş yağ
- 3/4 stəkan tünd şokolad
Bu an iki seçiminiz var: supangleni elə-belə yemək, və ya torta çevirmək.
Torta çevirmək qərarına gəlsəniz, onda peçenyelər götürün və qaba düzün. Mən 'cici bebe' peçenyelərindən istifadə etdim, amma billə peçenyelər də yaxşı variantdır. 1 qat qaba düzəndən sonra, peçenyeləri üstünə biraz (çox az) süd səpələyin əlinizlə ki, tam quru olmasın. Birinci peçenye layınızın üstünə supangledən tökün istədiyiniz qalınlıqda və yayışdırın. Onun üstünə 1 lay da peçenye düzün və əvvəlki qaydada süd və supangle mərhələlərini təkrarlayın. Mən öz tortumu 4 lay peçenyedən düzəltdim. Siz də ürəyinizə yatan sayda lay düzəldin. Axırıncı qat supanglenizi vurandan sonra, tortunuzun üstünü meyvələrlə, püstə ilə, qoz-fındıq ilə bəzəyə bilərsiniz.
Tortunuz tam hazır olandan sonra sərin yerə/soyuducuya qoyun minimum 1 saatlıq, həm peçenyelər şokoladı canına hopsun həm də tort halına düşsün.