Məmulatlar:
3 xörək qaşığı duzsuz yağ
2 xörək qaşığı kakao
100 q. tünd şokolad
1/2 çay qaşığı vanil tozu
2 yumurta sarısı
2 yumurta ağı
2 xörək qaşığı şəkər tozu
1 çimdik duz
1/2 çay qaşığı soda
1 standart kasa boyda keramik qab
Hazırlanma qaydası:
- keramik qabı yağlayın, kakao səpin qaba
- şokoladı və yağı bir qabda əridin və qarışdırın (qabı birbaşa qazın üstünə yox, qaynar suyun üzərinə qoyub əritsəniz, o halda şokolad yanmaz və daha rahat olar qarışdırmaq)
- vanil və yumurta sarılarını qatın, qarışdırın
bu arada sobanı yandırın ki, isinsin.
- ayrı bir qabda yumurta ağlarını və şəkər tozunu qarışdırın; soda və duzu əlavə edin
- 2-ci qabdakı qarışığı şokolada qatın və yaxşı-yaxşı qarışdırın.